"Tottenhem"in maraqlandığı futbolçu
“Tottenhem” “Bayer Leverkuzen”in müdafiəçisi Edmond Tapsoba ilə maraqlanır.
Sportline.az xəbər verir ki, London klubu bonusları nəzərə almasaq, 45 milyon avroluq yeni təklif irəli sürüb. Bununla belə, leverkuzenlilər daha çox pul istəyirlər.
Burkina-Faso millisinin futbolçusunun Bayer Leverkuzenlə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.
Tapsoba ötən mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.