"Tottenhem"in transferi alınmadı

"Fulhem"in müdafiəçisi Tosin Adarabioyo "Tottenhem"ə keçməkdən imtina edib.

Sportline.az xəbər verir ki, 25 yaşlı ingilis "Spurs"un təklifini rədd edib və "Monako"ya keçmək istəyir.

Adarabioyo ötən mövsüm Premyer Liqada 25 oyuna çıxıb və 1 qol vurub.