Totti "Roma"ya qayıda bilər
"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti kluba baş məşqçi kimi qayıdacağına dair şayiələrə münasibət bildirib.
Sportline.az xəbər verir ki, Totti bu barədə açıqlama verib.
“Mourinyo mənim “Roma”da olmağımı istəyir? Mən belə düşünürəm, bəli. Dedi ki, gözləyək görək. “Roma” üçün darıxıram”, – deyə Totti bildirib.
Totti bütün futbolçu karyerasını “Roma”da keçirib. O, 1993-cü ildən komandada çıxış edib - 785 oyun, 307 qol və 209 məhsuldar ötürmə. Karyerasını bitirdikdən sonra bir il klub strukturunda çalışıb və 2018-ci ildə “Roma”dan ayrılıb.