Tovuz klubunda ayrılıq

"Turan Tovuz" futbolçusu Ehtiram Şahverdiyevlə yolları ayırıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarlmmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, E.Şahverdiyev ötən ilin yayından Tovuz təmsilçisində çıxış edirdi.