"Trabzonspor"-"Fənərbağça" görüşündə meydana daxil olan azarkeşin kimliyi bəlli olub

"Trabzonspor"-"Fənərbağça" görüşündə meydana daxil olan azarkeşin kimliyi bəlli olub.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, qalma-qala səbəb olan azarkeşin xarici ölkə vətəndaşı olduğu ortaya çıxıb. 

Türkiyə polisi mediaya açıqlamasında meydana daxil olan masqalı fanatın Almaniyadan gəldiyini bildirib.

Qeyd edək ki, azarkeşin Almaniya pilisinə təhvil verildiyi deyilib.