"Trabzonspor" Rumıniya millisinin hücumçusunu heyətinə qatıb

"Trabzonspor" ötən mövsümü "Gaziantep" FK-da keçirən Denis Draquş ilə razılıq əldə edib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 24 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.

Draquş ötən mövsüm Super Liqanı 15 qol və 1 asitlə tamamlamışdı.

Qeyd edək ki, ölkəsi ilə birlikdə Avropa Çempionatında yer alan Draquş ötən gün keçirilən Rumıniya-Ukrayna görüşündə 1 qol və 1 asistlə komandasının qələbəsində böyük rol oynayıb.