"Trabzonspor"un ulduz futbolçusu zədəsini sağaldıb

"Trabzonspor"un ulduz futbolçusu zədəsini sağaldıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 32 yaşlı belçikalı müdafiəçi Thomas Muniyer "Fənərbağça" ilə derbi matçında komandasına kömək edə biləcək.

Klubun həkimləri futbolçunun tam olaraq zədəsini sağaltmadığını amma, derbidə əsas heyətə çıxış edə biləcəyini deyiblər.

Qeyd edək ki, Thomas Muniyer "Trabzonspor" klubuna "Borussiya Dortmund" klubundan transfer olunmuşdu.