"Trabzonspor"un yeni transferləri İstanbula gəlib
"Trabzonspor"un transferdə razılıq əldə etdiyi Con Lundstram və Borna Barişiç Türkiyəyə gəlib.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, futbolçular tibbi müayinədən keçdikdən sonra Trabzon şəhərinə yola düşəcəklər.
Hər 2 futbolçu Şotlandiyanın "Reyncers" klubunda heyətə cəlb olunub.
30 yaşlı Con Lundstram sonuncu mövsümündə “Reyncers” forması ilə 53 matçda meydana çıxıb və 2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb. 31 yaşlı Borna Barişiç isə 35 matçda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Qaradəniz təmsilçisi növbəti mövsümdə Türkiyəni Uefa Avropa Liqasında təmsil edəcək.