"Traktor" qalib gəldi
İran çempionatında 3-cü turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu evdə “Mes Rafsanjan”la qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib. Oyunda yeganə qolu 87-ci dəqiqədə Mehdi Abdi vurub.
Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan Təbriz təmsilçisi 3 xalla 12-ci pillədə qərarlaşıb.