Trinkao "Sportinq"dən ayrılacaq
"Sportinq"in portuqaliyalı futbolçusu Fransisko Trinkao mövsümün sonunda klubdan ayrılmağa yaxındır.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Trinkaonun xidmətində maraqlıdır.
İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Trinkao bu mövsüm çıxış etdiyi 43 matçda 9 qol və 15 məhsuldar ötürmə müəllifi olub.
Onun "Sportinq"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.