"Turan Tovuz"un futbolçusu Bolqarıstan klubunda
"Turan Tovuz"la yolları ayrılan Runi Eva Bolqarıstanın "MOİK 1948" komandasına keçib.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, kamerunlu hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
27 yaşlı forvard artıq Sofiya təmsilçisində ilk məşqinə də çıxıb.
Qeyd edək ki, Runi Eva ötən mövsüm 16 qolla "Turan Tovuz"un bombardiri olub.