Türkiyə klublarının istədiyi futbolçu "Havr"da
"Beşiktaş" və "Fənərbağça"nın heyətə qatmaq istədiyi Daler Kuzyayev karyerasını Fransa çempionatında davam etdirəcək.
Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, "Zenit"in sabiq futbolusu "Havr"ın formasını geyinəcək.
30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Razılaşmaya əsasən o, mövsümə 350 min avro qazanacaq.
Qeyd edək ki, 2022/2023 mövsümünün yekunlarına əsasən Liqa 2-nin qalibi olan "Havr" elitaya vəsiqə qazanıb.