Türkiyə klubu bu təklifdən imtina etdi

Yunanıstan PAOK-u Maqomed Ozdoyevi heyətinə qatmağa çalışıb.

Sportline.az xəbər verir ki, PAOK rusiyalı yarımmüdafiəçi üçün 150 min avroya qədər mümkün bonuslarla birlikdə 300 min avro təklif edib.

“Fatih Karagümrük” Ozdoyevi satmaqdan imtina edib, çünki təklif klub rəhbərliyinə uyğun gəlməyib.

Daha əvvəl “Spartak”ın Ozdoyevlə maraqlandığı haqda xəbər yayılmışdı .