Türkiyə klubundan Zidana təklif

Əfsanəvi futbolçu Zinəddin Zidanın yeni iş yeri Türkiyə ola bilər. SportLine.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, "Antalyaspor" onun xidmətində maraqlıdır. 

Hazırda Madrid "Real"ının ikinci komandası - "Kastilya"nı çalışdıran Zidanın təklifə yanvar ayında cavab verəcəyi gözlənilir. Onun növbəti ildən "Kral klubu"nu da çalışdıra biləcəyi deyilir.

Qeyd edək ki, Yusuf Şimşəklə yollarını ayıran "Antalyaspor"un baş məşqçi postu müvəqqəti olaraq futbolçu Samuel Eto`O-ya həvalə olunub.