Türkiyə klubunu yunan komandasına dəyişdi

"Fatih Karagümrük"ün yarımmüdafiəçisi Maqomed Ozdoyev karyerasını Yunanıstanın PAOK komandasında davam etdirəcək.

Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, rusiyalı futbolçu Saloniki təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Bu transferin PAOK-a 1 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2022-ci ildən "Fatihkaragümrük"ün şərəfini qoruyurdu.