Türkiyə Kuboku oyunlarının keçiriləcəyi tarix açıqlanıb

Türkiyə Futbol Federasiyası Türkiyə kubokunda yarımfinal və final matçlarının tarixini açıqlayıb.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, yarımfinal turunun ilk qarşılaşmaları aprelin 23-24, cavab qarşılaşmaları isə mayın 8-9 keçiriləcək.

Kubokun final matçı isə mayın 23-də baş tutacaq.

Qeyd edək ki, yarımfinal mərhələsində “Ankaragücü” “Beşiktaşl”a, “Trabzonspor” isə “Başakşehir”lə üz üzə gələcək.