AVRO 2024: Türkiyə millisinin Avstriya ilə oyunda ehtimal olunan 11-liyi

Avropa Çempionatının 1/8 final mərhələsinin son görüşündə Türkiyə milli komandası Avstriya ilə üz üzə gələcək.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Ay-ulduzluların vacib oyuna bu heyətlə çıxacağı gözlənilir.

Qapıçı:Mert Günok.

Müdafiəçilər: Zeki Çelik, Merih Demiral, Abdülkerim Bardakçı, Ferdi Kadıoğlu.

Yarımmüdafiəçilər: İsmail Yüksek, Salih Özcan, Orkun Kökçü.

Hücumçular: Kenan Yıldız, Arda Güler, Barış Alper.

Türkiyə millisində cəzalı durumda olan Hakan Çalhanoğlu və Samet Akaydın bu görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, Laypsiqdə keçiriləcək matçın start fiti 23:00-da səslənəcək.