Türkiyə millisinin qapıçısı "Mançester Yunayted"ə keçib

Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin "Mançester Yunayted" klubuna keçib.

Sportline.az "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Altay Bayındır son olaraq ölkəsində "Fənərbağça"nın formasını geyinib.