Türkiyə nəhəngi almaniyalı futbolçunun transferində maraqlıdır
Türkiyə nəhəngi "Qalatasaray" almaniyalı müdafiəçi ilə maraqlanır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qıemızılar" hazırda "Heydxeym"də forma geyinən Eren Dinkçini trnasfer etmək istəyirlər.
"Qalatasaray"ın maraqlandığı futbolçu Almaniya nəhənglərinin də diqqət mərkəzinə düşüb. "Heydxeym" klubu futbolçu üçün minimum 6 milyon avro tələb edib.
Qeyd edək ki, tələb olunan məbləğdən əlavə sərbəst qalma maddəsində isə futbolçunun qiyməti 5 milyon avro olaraq göstərilib. Futbolçunu tranafer etmək istəyən klublar ümumilikdə 11 milyon avro ödəməli olacaqlar.