Türkiyə nəhəngi futbolçusuna şərt qoyub

Türkiyə nəhəngi mərakeşli futbolçusuna şərt qoyub.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Qalatasaray" rəsmiləri Hakim Ziyeşin meneceri ilə görüşərək, futbolçunun klubda qalması üçün şərtləri olduqlarını bildiriblər.

Belə ki, klub rəsmiləri futbolçuya zədəsini sağaltması üçün mövsüm sonunadək müddət veriblər. Əgər Hakim Ziyeş yeni mövsümdə ədəsini sağaaltmış olsa, qalıcı transfer ediləcək və "Çesli"yə 1,5 milyon avro dəyəri ödənəcək. Əks halda isə klub Hakim Ziyeşlə yolları ayırmaq istəyir.

Qeyd edək ki, "Qalatasaray" klubu Hakim Ziyeş üçün "Çelsi" klubu ilə 15 matçlıq icarə əsasında transferdə razılaşmışdı.