Türkiyə prezidentinin təltif etdiyi tələbə kikboksçu imiş
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ankarada Polis Akademiyasında keçirilən məzun günündə azərbaycanlı tələbə Sərxan Oruclu ilə görüşüb.
Sportline.az xəbər verir ki, Akademiya üzrə yüksək göstəriciləri olan məzunlar arasında olan azərbaycanlı tələbəni Türkiyənin dövlət başçısı özü təltif edib.
Təltifetmə zamanı Ərdoğanla S. Oruclu arasında maraqlı dialoq yaşanıb. Ərdoğan ondan Azərbaycana nə zaman qayıdacağını soruşub. Gənc polis isə ayın 29-u gedəcəyini bildirib. Həmçinin Türkiyə Prezidenti ona “qardaşım İlham Əliyevə salam söylə” deyib. O isə “oldu” cavabını verib.
Qeyd edək ki, Sərxan Oruclu kikboks üzrə milli komandanın üzvü olub. DİN-in İdman Cəmiyyətinin yetirməsi olan Sərxan gənclər arasında Azərbaycan çempionu, dünya kubokunun sahibi və peşəkar döyüşlərin qalibidir. O, hazırda DİN-in İdman Cəmiyyətinin kikboks bölməsinin idmançısıdır. Şəxsi məşqçisi Əməkdar məşqçi Hikmət Hacıyevdir.