Türkiyə Xorvatiya qarşısına ciddi itkilərlə çıxacaq

Türkiyə millisi bu gün 2024-cü il Avropa çempionatının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, qardaş ölkə təmsilçisi Xorvatiya seçməsinin qonağı olacaq.

"Ay-ulduzlular" bu görüşə ciddi itkilərlə çıxacaq. Arda Gülər, Mərt Günok, Ozan Kabak, Çağlar Söyüncü, Salih Uçan, və Cengiz Ündər baş məşqçi Montellonun ixtiyarında olmayacaq.

Xorvatiya seçməsinin heyətində isə Matiya Friqan, Andrey Kramariç, Mislav Orsiç və İvan Perişiç zədə üzündən  oyunu buraxacaq.

Bruno Petkoviçin oynayacağı da sual altındadır.

Rəqiblər indiyədək ümumilikdə 10 dəfə qarşılaşıblar. Bunlardan 4 də Xorvatiya, 2-də isə Türkiyə millisi qələbə qazanıb. 4 görüşdə qalib müəyyənləşməyib.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.