Tuxel "Bavariya" ilə münasibətlərə tam aydınlıq gətirib
Tomas Tuxel mövsümün sonunda "Bavariya"dan ayrılacağını qətiləşdirib.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis klub rəhbərliyi ilə danışıqların alınmadığını bildirib.
"Bu, mənim "Bavariya"nın baş məşqçisi kimi son mətbuat konfransımdır. Yenidən danışdıq və fevraldakı qərarın qüvvədə qalması ilə bağlı razılığa gəldik", - deyə Tuxel X sosial şəbəkəsindəki "Bayern & Germany" səhifəsinə açıqlamasında deyib.
Qeyd edək ki, bir müddət əvvəl Tuxelin yeni mövsümdə də "Bavariya"nı çalışdıracağı ilə bağlı xəbər yayılmışdı.