Tuxel "Bavariya"dakı gələcəyinə aydınlıq gətirib

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel "Bavariya"dakı planlarından söz açıb.

Sportline.az xəbər verir ki, almaniyalı mütəxəssis klubla yola davam edəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

"Bizim yolları ayıracağımızla bağlı danışığımızdan sonra klub baş məşqçi axtarışındadır. Məncə bu proses daha əvvəl başlamışdı. İndi desək ki, yox, gəlin yenidən bir yerdə çalışaq, bu düzgün olmazdı. Məncə, hər şey çoxdan aydındır", - deyə Tuxel "Sky Sport Germany"yə açıqlamasında gedişinin qaçılmaz olduğuna işarə edib.

Xatırladaq ki, bir müddət əvvəl klub rəhbərliyinin Tuxellə müqavilənin müddətini artıracağı ilə bağlı xəbərlər dolaşırdı.