Tuxel de Liqtin oyun səviyyəsindən razı deyil
"Bavariya"nın baş məşqçisi Tomas Tuxel Münhen klubunun müdafiəçisi Matteys de Liqtin oyunundan məyus olub.
Sportline.az xəbər verir ki, onun yavaş-yavaş fiziki forma alması, çoxlu yan ötürmələr etməsi və şaquli ötürmələrdən yayınması mütəxəssisin xoşuna gəlmir. Bu səbəblərə görə digər Münhen müdafiəçiləri - Dayo Upamekano və Kim Min Je ondan üstündür.
De Liqt 2022-ci ilin iyulundan “Bavariya”da çıxış edir. 2023/24 mövsümündə 24 yaşlı hollandiyalı bütün turnirlərdə 4 matçda iştirak edib, ümumilikdə 77 dəqiqə meydanda olub və heç bir qol vurmayıb.