Tuxeldən futbolçusuna dəstək

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel Münhen klubunun müdafiəçisi Matteys de Liqtin start heyətində nadir çıxışlarından narazı qalması ilə bağlı yayılan məlumatlara cavab verib.

Sportline.az xəbər verir ki, daha əvvəl de Liqt məşqçidən niyə ilk dəqiqələrdən oynamadığını soruşmağı təklif etmişdi. Sentyabrda almaniyalı mütəxəssisin 24 yaşlı futbolçunun çıxışından narazı olduğu bildirilirdi.

“Mərkəz müdafiəçisi olduğu üçün onun əvəzedici kimi meydana çıxmaq şansı çox deyil. Matteys yüz faiz oynamağa layiqdir. O, yaxşı formadadır. Əlbəttə ki, şəxsən onun hələ kifayət qədər oyun vaxtı yoxdur, amma o, komanda oyunçusudur,” deyə Tuxel bildirib.