Üç uşaq anası dünya çempionatında meydana çıxıb
Yamayka millisinin üzvü Çeyna Metyus Yeni Zelandiyada keçirilən dünya çempionatında meydana çıxıb.
Sportline.az xəbər verir ki, o, Braziliya ilə 3-cü tur qarşılaşmasında (0-0) 90 dəqiqə meydanda olub.
Oyunun nəticəsinə əsasən Yamayka millisi 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu çempionatdan əvvəl verdiyi müsahibədə 3 uşaq anasının belə yarışlarda iştirakının çətin olduğunu açıqlamışdı.