UEFA Avropa Liqası: Liqa mərhələsinin III turuna bu gün yekun vurulacaq
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, turun son günündə 16 qarşılaşma baş tutacaq.
Türkiyə klublarından “Fənərbağça” doğma meydanda İngiltərənin “Mançester Yunayted” komandasını qəbul edəcək. “Beşiktaş” isə “Qarabağ”ın rəqiblərindən olan “Lion”la (Fransa) qarşılaşacaq.
Azərbaycan çempionunun digər rəqiblərindən “Olimpiakos” (Yunanıstan) səfərdə İsveçin “Malmö” kollektivinin qonağı olacaq. Rumıniya təmsilçisi FCSB isə Şotlandiyada “Reyncers”lə üz-üzə gələcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi
III tur
24 oktyabr
20:45. “Roma” (İtaliya) - “Dinamo” (Kiyev, Ukrayna)
20:45. “Ayntraxt” (Almaniya) - RFS (Latviya)
20:45. PAOK (Yunanıstan) - “Viktoriya” (Çexiya)
20:45. “Makkabi” (Tel-Əviv, İsrail) - “Real Sosyedad” (İspaniya)
20:45. “Ferentsvaroş” (Macarıstan) - “Nitsa” (Fransa)
20:45. “Qarabağ” - “Ayaks” (Niderland)
20:45. "Midtyullann" (Danimarka) - “Yunion” (Belçika)
23:00. “Portu” (Portuqaliya) - “Hoffenhaym” (Almaniya)
23:00. “Reyncers” (Şotlandiya) - FCSB (Rumıniya)
23:00. “Tottenhem” (İngiltərə) - AZ (Niderland)
23:00. “Lion” (Fransa) - “Beşiktaş” (Türkiyə)
23:00. “Fənərbağça” (Türkiyə) - “Mançester Yunayted” (İngiltərə)
23:00. “Malmö” (İsveç) - “Olimpiakos” (Yunanıstan)
23:00. “Atletik” (İspaniya) - “Slaviya” (Çexiya)
23:00. “Anderlext” (Belçika) - “Ludoqorets” (Bolqarıstan)
23:00. “Tvente” (Niderland) - “Latsio” (İtaliya)
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsində IV tura noyabrın 6-da start veriləcək.