UEFA Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"ə qalib gəldi
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Sportline.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçdə "Hakken"in qonağı olub və minimal hesabla qələbə qazanıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Görüşü avstriyalı FIFA referisi Sebastian Qishamer idarə edib.
H qrupunun digər matçında Almaniyanın "Bayer" kollektivi Norveçdə "Molde"yə 2:1 hesabı ilə qalib gəlib. İlk turda Bundesliqa təmsilçisi "Hakken"i 4 cavabsız qolla üstələyib. Azərbaycan çempionu isə evdə norveçlilərə qalib gəlib - 1:0.
UEFA Avropa Liqası, qrup mərhələsi
II tur
H qrupu
23:00. "Hakken" (İsveç) - "Qarabağ" (Azərbaycan) 0:1
Qol: Juninyo, 70
Baş hakim: Sebastian Qishamer (Avstriya).
Höteborq. “Ullevi” stadionu.