UEFA-dan Krım komandaları ilə bağlı bəyanat

UEFA Krım komandalarının Rusiya Futbol İttifaqının bayrağı altında keçirilən yarışlarda iştirakına qadağanı davam etdirib.

Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, ali futbol qurumu bununla bağlı RFİ-yə xatırlatma edib.

Krım vilayətinin iki komandası - "Sevastopol" və "Rubin" (Yalta) Rusiya II divizionuna qatılmaq üçün attestasiyadan keçmişdi.

Qeyd edək ki, UEFA Rusiya - Ukrayna münaqişəsi nəticəsində mübahisəli bölgə kimi tanınan Krımın komandalarına 2015-ci ilin

yanvarından Rusiya çempionatlarında iştirak qadağası qoyub.