UEFA dan “Vesthem Yunayted”ə ağır cəza

UEFA Konfrans Liqasının final görüşündə “Fiorentina” ilə qarşılaşamada “Vest Hem” azarkeşlərinin etdiyi hərəkət İngiltərə klubuna baha başa gəlib.

Sportline.az goal.com-a istinadla xəbər verir ki, London təmsilçisi 2 il müddətinə Avrokuboklarda azarkeşsiz oynamalı olacaq.

Qeyd edək ki, final görüşündə “Vest Hem” azarkeşinin meydana atdığı kənar əşya rəqib futbolçuya xəsarət yetirmişdi.

Final matçı 2-1 hesabı ilə ingiltərəlilərin xeyrinə nəticələnmişdi.