UEFA "Fənər" və "Cim-Bom"la bağlı qərarını bu gün verəcək

Bu gün Nyonda UEFA-nın növbəti iclası baş tutacaq. SportLine.az xəbər verir ki, iclasda “Fənərbaxça” və “Qalatasaray”ın maaliyyə feyr-pleyi ilə bağlı məsələsinə baxılacaq. UEFA-nın monitorinqi zamanı aşkarlanan qanundan kənar fəaliyyətlərə görə ötən ildən diqqət mərkəzində saxlanılan klublar bu gün özlərini müdafiə etmək imkanı əldə edəcəklər.

İclasda əvvəlcə “Fənərbaxça”nın heyəti ilə görüş olacaq. Şekip Masturoğlunun rəhbərlik edəcəyi heyət quruma hesabat verəcək. UEFA nümayəndələri hesabatla qane olmasalar, kluba vəziyyəti qaydasına qoymaq üçün iki il vaxt verəcəklər.

“Qalatasaray”ın nümayəndə heyətinin də əlavə vaxt istəyəcəyi gözlənilir. Belə ki, “Cim-Bom”da da maaliyyə vəziyyəti tam qaydasına düşməyib.

Qeyd edək ki, iclasın nəticələrinə görə, klublar pulla və ya transfer qadağası ilə cəzalandırıla bilərlər.