UEFA Türkiyə nəhəngini cəzalandırıb
UEFA Türkiyə nəhəngini ağır cəzalandırıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Fənərbağça" klubu UEFA tərəfindən ciddi cəzalandırılıb.
"Sarı-lacivərtlər" UEFA Konfrans Liqası görüşlərini azarkeşsiz keçirmək məcburiyyətində qalacaq. Buna səbəb "Royal Union"la görüş zamanı azarkeşlərin intizamsızlıq etməsi olub.
Qeyd edək ki, "Fənərbağça" UEFA Konfrans Liqasının 1/4 final mərhələsində Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılşacaq.