UEFA Ukraynanı cəzalandırdı

UEFA-nın intizam komitəsi Ukrayna Futbol Assosiasiyasını cərimələyib.

Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, UFA Avro 2024-ün İngiltərə və İtaliya ilə oyunlarında azarkeşlərin rasist davranışına görə 20 min avro ödəməli olacaq.

Assosasiya həmçinin, fanatların pirotexniki vasitələrdən istifadə etməsinə görə 5 min avro, çıxışların bağladılmasına görə isə 8 min avro da ziyana düşəcək. 

Ukrayna millisinin növbəti ev oyununda tribunaların qismən qapadılacağı da gözlənilir.