Uiliam Joze "Spartak"a keçidi barədə danışıb

"Spartak"ın yeni transferi Uiliam Joze Moskva klubuna transferi haqda açıqlamalar verib.

Sportline.az xəbər verir ki, 32 yaşlı futbolçu klubun mətbuat xidmətinə veridiyi müsahibədə bu fikirləri səsləndirib.

"Mən bura çox motivasiyalı gəlmişəm. Düşünürəm ki, ən vacib şey motivasiyalı olmaqdır və növbəti mövsüm yaxşı nəticələr əldə etmək istəyirəm.Abaskalla danışarkən o, mənə bura haqqında xoş sözlər dedi.İnanıram ki, növbəti sezon azarkeşlərimizi sevindirəcəyik" deyə braziliyalı qeyd edib.

İyulun 1-də "Spartak" Moskva "Real Betis"dən heyətinə cəlb etdiyi Uiliam Joze ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, təcrübəli hücumçu ötən mövsüm İspaniya klubunun heyətində 43 oyunda 14 qol və 6 məhsuldar ötürmə ilə çıxış edib.