Ukraynadan İspaniyaya
"Jirona" "Dnepr-1"in hücumçusu Artyom Dovbiklə müqavilə imzaladığını açıqlayıb.
Sportline.az xəbər verir ki, forvardla 2028-ci ilin yayına kimi müqavilə imzalanıb. Kataloniyalılar 26 yaşlı ukraynalıya hüquqların 50 faizi üçün rekord məbləğdə - 7 milyon avro ödəyiblər. Pul Dovbikin daha əvvəl çıxış etdiyi Ukrayna klubu ilə "Midtyulland" arasında bölüşdürüləcək.
Bu, 2023-cü ilin yanvarında 5 milyon avroya Kiyev "Dinamo"sundan İspaniya klubuna keçən Viktor Tsqankovdan sonra "Jirona"da ikinci ukraynalıdır.
Dovbik ötən mövsüm "Dnepr-1"in heyətində 39 oyun keçirib, 29 qol vurub və 8 məhsuldar ötürmə verib.