Ulduz futbolçu cinsi təcavüzdə ittiham olunur

Vissam Ben Yedder cinsi cinayətlərdə ittiham olunur.

Sportline.az xəbər verir ki, polis "Monako"nun hücumçusu ilə bağlı araşdırmalara başlayıb. 19 və 20 yaşlı iki qız birlikdə keçirdikləri axşamdan sonra Vissam Ben Yedder və başqa bir kişini cinsi əlaqəyə məcbur etməkdə ittiham edirlər.

Qras prokurorluğu iki qızın "Monako" futbolçusunu ittiham edərək cinsi təcavüz iddiaları qaldırdığını təsdiqləyib. İkinci şübhəlinin kimliyi açıqlanmayıb - çox güman ki, o, Vissamın kiçik qardaşıdır. İş Nitsa şəhər prokurorluğuna göndərilib. 

Hazırda nə Ben Yedder, nə də qardaşı həbsdədir və hələ də dindirilməyib.