Ulduz futbolçu "Əl-Əhli"də
Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanı çempionatında çıxış edəcək.
Sportline.az xəbər verir ki, "Əl-Əhli" klubu "Liverpul"un sabiq braziliyalı hücumçusu Roberto Firminonu rənglərinə bağlayıb.
Bu haqda klubun rəsmi saytında məlumat yayılıb.
31 yaşlı futbolçu ilə 2026-cı ilədək mübqavilə imzalanıb.
Ondan əvvəl "Əl-Əhli" "Çelsi"nin qapıçısı Eduar Mendini transfer etmişdi.