Ulduz futbolçu karyerasını bitirdi

İngiltərəli hücumçu Teo Uolkott karyerasını bitirdiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, 34 yaşlı ingilisin son klubu 2021-ci ilin yayından çıxış etdiyi "Sauthempton" olub.

Uolkott "Sauthempton" yetirməsidir. Karyerasının böyük bir hissəsində o, üç dəfə İngiltərə Kubokunu və Super Kubokunu qazandığı "Arsenal"da oynayıb. Hücumçu İngiltərə millisində 47 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.