Ulduz futbolçu nəhənglərin hədəfində
"Ayntraxt Frankfurt"un hücumçusu Randal Kolo-Muani Avropanın top klubuna keçə bilər.
Sportline.az xəbər verir ki, 24 yaşlı fransalı futbolçu "Çelsi" ilə maraqlanır və "Mançester Yunayted" də onu izləyir.
Bundan əlavə, "Tottenham"in hücumçusu Harri Keynin transferi pozularsa, Kolo-Muani "Bayern" üçün prioritet transfer hədəfinə çevrilə bilər .
"Tottenhem" də öz növbəsində Keyni satsa, Kolo-Muanini almağa çalışacaq.
Kolo-Muaninin "Ayntraxt Frankfurt" ilə müqaviləsi 2027-ci ilə qədərdir.
Hücumçu ötən mövsüm bütün yarışlarda 46 matçda 23 qol vurub, 14 məhsuldar ötürmə edib.