Ulduz futbolçu PSJ-də

“Bavariya"nın müdafiəçisi Lukas Hernandes PSJ-yə keçir.

Sportline.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, klublar arasında danışıqlar gedir. Paris klubunun bu transfer üçün  Münhen təmsilçisinə 35-40 milyon avro ödəyəcəyi bildirilib.

Qeyd edək ki, Fransa millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2019-cu ildən "Bavariya"da çıxış edir.