Ulduz futbolçu təcavüzə görə həbs olundu

"Monako"nun hücumçusu Vissam Ben Yedder nəzarətə götürülüb.

Sportline.az xəbər verir ki, bu gün Nitsa məhkəməsində 32 yaşlı oyunçuya qarşı "zorlama, zorlama cəhdi və cinsi təcavüz" ittihamı irəli sürülüb. Ben Yedder 900 min avroluq girov müqabilində həbsdən buraxılmağa hazırdır.

Eyni iş üzrə cinayət məsuliyyətinə cəlb edilən qardaşı da eyni maddələrlə ittiham olunub.

İyulun 13-də məlum olub ki, Ben Yedderə qarşı 19 və 20 yaşlı iki qız ərizə verib . Onlar futbolçunu və onun kiçik qardaşını cinsi təcavüzdə ittiham edirlər.