Ulduz futbolçu Vətənə qayıdır
Xorvatiya millisinin üzvü İvan Perişiç "Tottenhem"lə yolları ayırmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, bu haqda məşhur italiyalı jurnalist Nikolo Skira məlumat yayıb.
Onun sözlərinə görə, təcrübəli müdafiəçi karyerasını ölkəsinin "Hayduk" klubunda davam etdirəcək.
Ona 2025-ci ilədək müqavilə təklif olunduğu bildirilir.
Son mövsümdə 34 oyuna çıxan müdafiəçi 1 qol və 8 məhsuldar ötürmə müəllifidir.