Ulduz futbolçu zədələndi
London “Arsenal”ının baş məşqçisi Mikel Arteta bildirib ki, komandanın ukraynalı müdafiəçisi Aleksandr Zinçenko yenidən əzələ zədəsi alıb. Futbolçu ona görə “topçular”ın mövsümöncəsi təlim-məşq toplanışını buraxıb.
Sportline.az xəbər verir ki, ötən mövsüm Zinçenko müxtəlif zədələr səbəbindən bütün yarışlarda "Arsenal"ın 17 matçını buraxıb. Ukraynalı İngiltərə çempionatının sonunda londonluların heyətində oynamayıb.
Ümumilikdə, Zinçenko ötən mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə 33 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.