Ulduz futbolçunun yeni klubu
“İnter”dən ayrılan Roberto Qalyardininin yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Montsa”ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
O, A seriyası təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, İtaliya millisinin üzvü 2017-ci ildən oynadığı “İnter”də 190 oyuna 16 qol vurub. O, daha öncə “Çezena”, “Viçentsa”, “Atalanta” və “Spetsiya”da da çıxış edib.