Ulduz futbolçu klub sahibi oldu
Fil dişi Sahili millisinin futbolçusu Vilfred Zaha öz ölkəsində futbol klubunun sahibi olub.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, o, sərvətinin yarısını futbol klubunu almaq üçün xərcləyib.
"Qalatasaray"ın hücumçusu ölkəsinin 4-cü liqasında mübarizə aparan “Espoir Klub Dabaneqouro”nun sahibi olub.
Qeyd edək ki, Vilfred Zaha bunu ölkəsində futbolun inkşafı üçün etdiyini deyib.