Ulduzlar meydana qayıdır

Avqustun 5-də Londonda maraqlı futbol tamaşası olacaq.

Sportline.az championat.com-a istinadla xəbər verir ki, həmin gün məşhur ukraynalılar Andrey Şevçenko və Aleksandr Zinçenkonun simvolik komandaları üz-üzə gələcək.

Şevçenkonun komandasında Samuel Eto, Kannavaro, Makelele, Zeedorf, Dida, Zinçenkonun komandasında isə Mertezaker, Robbi Kin, Viyera, Davids, Şota Arveladze və digər ulduzlar parlayacaq.

Qeyd edək ki, oyun xeyriyyə məqsədi ilə keçiriləcək.