Ulduz futbolçunun vergiyə xeyli borcu var
"Zenit"in vingeri Malkomun İspaniya vergi orqanlarına 800 min avrodan çox borcu var.
Sportline.az xəbər verir ki, İspaniya Vergi Agentliyi 2022-ci ilin sonuna 600 min avrodan çox borcu olan borcluların siyahısını dərc edib.
Siyahıda 2018-2019-cu illərdə “Barselona”da çıxış edən Malkom da siyahıda yer alıb. Onun borcunun məbləği 0,82 milyon avrodur.
Borclular arasında texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreira da var. O, "Barselona"dan ödənişlərdə mümkün korrupsiyada ittiham olunur.
Eyni zamanda, zorlamada şübhəli bilinərək həbsdə olan Dani Alveş və Qabriel Milito kimi bəzi keçmiş futbolçular artıq borclular siyahısında deyil. Bunun borcun ödənilməsi, yoxsa işin dayandırılması ilə bağlı olduğu bilinmir.