"Ümid edirəm ki, Messi oynamayacaq"
Paraqvaylı qapıçı Karlos Koronel maraqlı açıqlaması ilə diqqət çəkib.
Sportline.az xəbər verir ki, Koronel DÇ-2026-nın seçmə mərhələsində Argentina millisi ilə oyunda Lionel Messinin iştirak etməyəcəyinə ümid edir.
“Argentinada oynamaq heç vaxt asan olmayacaq. Mən artıq Messiyə qarşı oynamışam, ona görə də ümid edirəm ki, o, oynamayacaq. Onun özünü necə hiss etdiyini bilmirəm, amma onların fərq yarada biləcək başqa yaxşı oyunçuları da var ”, - deyə Koronel "Goal" nəşrinə danışıb.
Qeyd edək ki, zədəli olan Lionel Messinin Paraqvayla oyunu buraxa biləcəyi bildirilir.