Uolker "Bavariya"ya keçməyəcək
“Mançester Siti”nin müdafiəçisi Kayl Uoker “Bavariya” ilə daha əvvəl şifahi razılığa gəlsə də, komandada qalmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, iyun ayından etibarən "Bavariya" futbolçunun transferi ilə bağlı "Siti" ilə danışıqlar aparır. Qeyd olunur ki, klubların qonorarı razılaşdırmağa vaxtları olmayıb.
Daha əvvəl “Mançester Siti” rəhbərliyinin futbolçuya yeni müqavilə təklif etdiyi məlum olub.